28 avqust 2012 17:32
Əsgər Abdullayev dörd futbolçunu Turandan qovdu
Mövsümə heç də uğurlu başlamayan “Turan”da klubdaxili iclas keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən Tovuz təmsilçisinin çalışdırıcısı Əsgər Abdullayev uğursuzluğun səbəblərindən danışıb, komandaya tam gücü ilə kömək etməyən futbolçuların adlarını açıqlayıb.
O, eyni zamanda həmin futbolçuların xidmətində maraqlı olmadığını da dilə gətirib. Nəticədə bu oyunçularla yolların ayrılmasına qərar verilib.
Qeyd edək ki, bunlar gürcü yarımmüdafiəçi Aleksandr Qoqoberişvili, onun həmyerlisi Qoqi Pipiya, həmçinin Bayram Kərimov və Hüseyn İsgəndərovdu.
