28 avqust 2012 18:02
Vaqif Cavadov: Rauf Əliyevə legioner olmağı arzulayıram
“Qarabağ”ın hücumçusu Vaqif Cavadov komanda yoldaşı Rauf Əliyevin “Xəzər Lənkəran”a keçidinin baş tutmamasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Rauf mənim dostumdu. O, yaxşı insandı, yaxşı futbolçudu. Futbolda hərdən belə hallar da olur ki, transfer son anda baş tutmur. Raufun “Qarabağ”dakı karyerası xüsusi əhəmiyyət daşıyır. Fikrimcə, o, komandada qalmalı və bütün fikrini “Qarabağ”a yönəltməlidi. Bu mövsüm ona uğurlar arzulayıram. Bir il sonra isə Rauf istədiyi komandaya transfer ola bilər. Mən ona legioner olmağı arzulayıram”.