28 avqust 2012 18:10
Neftçi Kiprə sabah yola düşəcək
Azərbaycan çempionu “Neftçi” Kiprə sabah yola düşəcək. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində APOEL-in qonağı olacaq paytaxt klubu səhər saatlarında Bakını tərk edəcək.
Komandamız Heydər Əliyev adına beynəlxalq hava limanını 09:00-da tərk edəcək. “Ağ-qaralar” əvvəlki səfərlərdə olduğu kimi, Nikosiyaya da çarter reysi ilə yollanacaq.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə avqustun 30-da oynanılacaq və saat 22:00-da başlayacaq.
