28 avqust 2012 19:09

Rəvanın yeni baş məşqçisi bir oyunçudan imtina etdi

“Rəvan”ın yeni baş məşqçisi Bəhmən Həsənov ilk qərarını verib. Azerisport.az xəbər verir ki, baş məşqçi bir futbolçunu komandadan kənarlaşdırıb.
 
Belə ki, Həsənov Sallieu Bundunun xidmətinə ehtiyac duymayıb. O, Cavad Gülərin vaxtında transfer olunan 28 yaşlı sierra-leoneli hücumçununun onun oyun sisteminə uyğun gəlmədiyini bildirib.
 
Qeyd edək ki, 1984-cü ildə Sierra Leonedə dünyaya gələn Sallieu Bundu 24 yaşında ABŞ-a yollanıb və həmin vaxtdan okeanın o tayında çıxış edib. 2008-ci ildə “Klivilend Siti” (19 oyun, 8 qol), 2009-2011-də “Karolina Rail Havks” (30 oyun, 10 qol), 2011-də “Şarlotte Eagles” (icarə, 22 oyun, 7 qol) klublarında top qovub. Bu ilin əvvəlində 1-ci liqa klubu “Çarleston”a keçən Bundu 15 oyunda 1 qol vurub. Sallieu 2008-ci ildən sonra Sierra Leone yığmasına çağırılır. O, milli komandanın formasını 4 dəfə geyinib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.