28 avqust 2012 21:17
Rəvan Dalğa Arenadan imtina etdi
“Rəvan” “Dalğa Arena”dan imtina edib. Azerisport.az xəbər verir ki, indiyədək məşqlərini və ev oyunlarını Mərdəkandakı arenada keçirən paytaxt klubu bundan sonra başqa stadionun xidmətindən yararlanacaq.
Belə ki, “Rəvan” AFFA tərəfindən Bayılda inşa olunan yeni stadiona köçüb. Bu gündən etibarən bu stadionda məşq edəcək komanda ev oyunlarını sözügedən arenada keçirəcək.
Qeyd edək ki, “Rəvan” “Dalğa Arena”dan ötən ildən etibarən yararlanırdı. “Aslanlar”ın bu stadiondan konkret hansı səbəblərə görə imtina etməsi və “Bayıl” stadionunu seçməsi məlum deyil.
