28 avqust 2012 21:43
PFL daha 2 oyunun vaxtını dəyişdi
Peşəkar Futbol Liqası Premyer Liqanın təqviminin sıxlığını nəzərə alaraq, daha iki oyununu vaxtını dəyişib. Azerisport.az xəbər verir ki, qurum “Qəbələ”nin iştirakı ilə keçiriləcək iki oyunu bir gün əvvələ keçirib.
Belə ki, 6-cı turun “Qəbələ” – “Rəvan” oyununu 25 sentyabrdan 24 sentyabra, 7-ci turun “Qəbələ” – AZAL matçını isə 30 sentyabrdan 29 sentyabra keçirib.
