28 avqust 2012 21:45
Makedoniya yığmasının yeni baş məşqçisi Premyer Liqamızı unutdu
Makedoniya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Çedomir Yanevski 7-11 sentyabrda Xorvatiya və Şotlandiya ilə rəsmi oyunlar üçün 23 futbolçuya dəvət göndərib.
Yanevski Azərbaycan Premyer Liqasını yaddan çıxarıb. Belə ki, yeni çalışdırıcı “Bakı”nın qapıçısı Edin Nuredinoski və “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muaremə dəvət göndərməyib.
