29 avqust 2012 00:48
Ufuk Budağın komandasından 1.350.000 avroluq transfer
Türkiyənin “Eskişehirspor” klubu daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi Cerri Akaminkonu heyətində qatıb.
Onunla 3 illik müqavilə imzalanıb. Qana millisinin şərəfini qoruyan bu futbolçuya görə “Eskişehirspor” “Manisaspor” 1.350.000 avro ödəməli olub. 1988-ci il təvəllüdlü müdafiəçi daha önce “Heart of Lions” (Qana) və “Orduspor”da da top qovub. O, 2008-ci ildə ölkəsində ilin ən yaxşı müdafiəçisi olub.
Qeyd edək ki, “Eskişehirspor”da Azərbaycan millisinin müdafiəçisi Ufuk Budaq da çıxış edir. Amma çox təəssüf ki, o, hələlik yeni komandasında debüt edə bilməyib.
