31 avqust 2012 02:57
İngiltərə Liqa kubokunda 2-ci mərhələyə yekun vuruldu (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Liqa Kubokunda 2-ci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, əksər qarşılaşmalar məhz ilk oyun günündə baş tutub.
Bu görüşlərdə bir çox sürpriz nəticələr qeydə alınıb. Məsələn, daha aşağı liqada çıxış edən “Coventry” ilə üz-üzə gələn “Birmingham” mərhələ adlaya bilməyib. Eyni aqibəti “Crawley” ilə qarşılaşan “Bolton” da yaşayıb. “Hull City” də “Doncaster” səddini keçə bilməyib. “Blackburn” “Milton Keynes Dons” səddində ilişib.
Premyer Liqada çıxış edən “Fulham” “Sheffield W” səddini keçə bilməməklə ən böyük sensasiyalardan birinin iştirakçısına çevrilib. Eyni aqibəti digər elita təmsilçisi “Stoke City” də yaşayıb. Özü də bu komanda “Swindon”u keçə bilməyib.
İngiltərə Liqa Kuboku
2-ci mərhələ
28 avqust
Aston Villa – Tranmere – 3:0
Burnley - Plymouth Argyle – 1:1 (penaltilərlə 3:2)
Carlisle – Ipswich – 2:1
Coventry – Birmingham – 3:2
Crawley – Bolton – 3:2
Doncaster - Hull City – 3:2
Gillingham – Middlesbrough – 0:2
Leeds - Oxford U – 3:0
Leicester City – Burton – 2:4
Milton Keynes Dons – Blackburn – 2:1
Norwich – Scunthorpe – 2:1
Nottingham F – Wigan – 1:4
Preston North End - Crystal Palace – 4:1
Queens Park – Walsall – 3:0
Sheffield W – Fulham – 1:0
Stevenage – Southampton – 1:4
Stoke City – Swindon – 3:4
Sunderland – Morecambe – 2:0
Swansea – Barnsley – 3:1
Watford – Bradford – 1:2
West Ham - Crewe Alexandra – 2:0
Reading – Peterborough – 3:2
Yeovil - West Bromwich – 2:4
29 avqust
Everton - Leyton Orient - 5:0
30 avqust
Northampton - Wolverhampton - 1:3
