29 avqust 2012 12:32
Rəvan və AZAL-ın oyunçuları İngiltərəyə qarşı
Futbol üzrə Moldova yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlar üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi İon Karas Azərbaycan Premyer Liqasını da yaddan çıxarmayıb.
Belə ki, ölkəmizdə çıxış edən iki moldovalıya dəvət gəlib. Karas “Rəvan”ın müdafiəçisi Nikolay Orlovski və AZAL-ın yarımmüdafiəçisi Artur Patraşa dəvət göndərib. Onlarla yanaşı, ölkəmizdə “MKT-Araz”, “Standard”, “Karvan”, “Olimpik” və “Simurq”da forma geyinmiş, hazırda isə Moldovanın “Rapid” klubunda top qovan Anatoli Doroş da yığmaya çağırılıb.
Qeyh edək ki, Moldova sertyabrın 7-də evdə İngiltərə, 4 gün sonra isə səfərdə Polşa ilə qarşılaşacaq.
