29 avqust 2012 13:19
Vaqif Cavadov: Hiss edirəm ki, bu komanda çox şeyə qadirdi
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vaqif Cavadov azerisport.az saytının suallarını cavablandırıb.
- Yığma komandamız artıq DÇ-2014-ün seçmə mərhələsində keçirəcəyi İsrail və Portuqaliya ilə oyunların hazırlığına start verib. İlk rəqibimizi nə dərəcədə yaxşı tanıyırsız?
- O qədər də geniş məlumatımız yoxdu. Amma İsrail futbolunun səviyyəsi kifayət qədər yüksəkdi. Onların klubları avrokuboklarda da yaxşı çıxış edirlər. Bizə çətin olacaq. Amma hiss edirəm ki, komandamız da çox şeyə qadirdi.

- Yenilənmiş Tofiq Bəhramov adına Respublika stadionunda ilk oyuna çıxmağı yəqin ki, səbrsizliklə gözləyirsiz...
- Özü də çox. Belə bir oyunda uduzmaq olmaz.
- Amma bu oyunun ardından sizi çətin Portuqaliya səfəri gözləyir...
- Biz hələ bu oyun haqda düşünmürük. Öncə İsrail səddini keçək, sonra portəgizlər barədə də fikirləşərik.
- “Neftçi”nin cavab oyunu izləyəcəksiz?
- Bəs necə? “Neftçi” APOEL-lə ilk oyunda çox yaxşı təsir bağışladı. Amma heyf ki, qələbə qazana bilmədi. İndi səfər matçında mütləq qol vurmaq lazımdı. Yalnız vurulacaq qollar komandamıza kömək edə bilər. Özünə inam da vacibdi.

- Premyer Liqada yaranmış 20 günlük fasilə sizi narahat etmir?
- Fikrimcə, bu fasilə daha çox ilk turlarda xal itirmiş komandaların xeyrinə işləyəcək. Onlar problemlərini yoluna qoymaq üçün əla fürsət qazanıblar. Digər tərəfdən bu addım yığmaya görə atıldığı üçün hamı tərəfindən normal qəbul olunur.

- Sonuncu turda “Rəvan”ı məğlub edə bilməməyinizə nə səbəb oldu?
- “Qarabağ” yaxşı oynadı. Hələ birinci hissəni xeyrimizə başa vurmağa çox yaxın idik. Çoxlu qol vəziyyətləri yaratdıq. Amma “Rəvan”ın bəxti gətirdi. Bilirdik ki, ilk yarıda qol vurmasaq, ikinci hissədə işimiz daha çətin olacaq. Eybi yox. Qarşıda hələ çoxlu oyunlar var.

- Rauf Əliyevin “Xəzər Lənkəran”a transferinin baş tutmaması sizi çox sevindirdi?
- Rauf mənim dostumdu. Çox istərdim ki, o, özü üçün komfortlu olan bir komandada oynasın. Bu il o, “Qarabağ”ın oyunlarına köklənməlidi. Fikrimcə, onda bu, alınacaq.

- “Qarabağ”da hücumçu problemi yoxdu ki?
- Biz birinci pillədəyik və hamıdan çox qol vurmuşuq. Əgər “Rəvan”la oyunda qol vurmamışıqsa, bu, o demək deyil ki, hücumda problemimiz var. Biz hələ özümüzü göstərəcəyik.