29 avqust 2012 13:43

Berti Foqts 7 futbolçunun xidmətindən məhrum oldu

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan yığması ötən gündən etibarən bir araya gəlib. Azerisport.az xəbər verir ki, millimiz DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki İsrail (7 sentyabr, Bakı) və Portuqaliya (11 sentyabr, Braqa) ilə oyunların hazırlığına başlayıb.

Məlum olduğu kimi, Berti Foqts yığmamızın heyətində 30 futbolçu dəvət etmişdi. Amma onların heç də hamısı yığmaya təşrif buyurmayıb. Belə ki, almaniyalı mütəxəssis hazırda cəmi 23 futbolçu ilə hazırlıq keçir.
 
Xarici klublarda çıxış edən futbolçularımız isə milli komandamızın düşərgəsinə buraxılmayıblar. Bu üzdən də millimiz Bakıdakı hazırlıqlara legionerlərsiz başlayıb.
 
Məlum olduğu kimi, klublar futbolçularını millinin düşərgəsinə rəsmi oyunlardan 48 saat öncə buraxmağa borcludu. Bu səbəbdən milliyə dəvət alan 6 futbolçu hələ Bakıya gəlməyib. Onların bu həftə klublarında oyunları olduğundan yığmaya sentyabrda qoşulacaqlar. Qeyd edək ki, Foqts “Anji”nin əvəzedici komandasından Bədavi Hüseynova, “Eskişehirspor”dan Ufuk Budağa, “Adana Demirspor”dan Cavid Hüseynova, “Erciyesspor”dan Cihan Özkaraya, “Hannover”dən Ali Gökdemirə və “Elche”dən Rizvan Umarova dəvət göndərib. Onlarla yanaşı “Neftçi” ilə Avropa Liqasında vacib oyuna çıxacaq Mahir Şükürov da hələlik yığmaya qoşulmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.