29 avqust 2012 13:38
Uinston Parks yığmaya çağırılmadı
Futbol üzrə Kosta Rika yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Xorxe Luis Pinto DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Meksika ilə keçirəcəkləri oyun üçün 21 futbolçuya dəvət göndərib.
Kolumbiyalı mütəxəssis “Bakı”nın futbolçusu Uinston Parksa dəvət göndərməyib. O, paytaxt klubunun forvardına Meksika matçında ehtiyac duymayıb. Əvəzində “Xəzər Lənkəran”ın sabiq üzvü Rendal Brenes yığmaya çağırılıb. Brenes hazırda Kosta Rikanın “Kartagines” klubunda çıxış edir.
Qeyd edək ki, yığmada keçirdiyi 30 oyunda 6 qola imza atan Parks sonuncu dəfə ötən ilin 15 noyabrında İspaniyaya qarşı oyunda milli formanı geyinib.
