29 avqust 2012 14:33
APOEL daha bir futbolçusunu itirdi
Kiprin APOEL klubu “Neftçi” ilə cavab oyunu öncəsi daha bir ikti ilə üzləşib. Azerisport.az xəbər verir ki, Nikosiya klubunun müdafiəçisi Zuela komandamıza qarşı forma geyə bilməyəcək.
Buna sözügedən futbolçunun son məşqlərdən birində ciddi zədə alması səbəb göstərilir. Onun sıraya nə vaxt dönəcəyi hələlik bilinmir.
Əvəzində komandanın kanadalı yeni transferi, müdafiəçi Maykl Klükovski “Neftçi” ilə görüşdə debüt matçına çıxa bilər. Zuelanı məhz bu oyunçunun əvəzləməsi gözlənilir.
