29 avqust 2012 14:57
Neftçinin APOEL-lə oyununa 20 min bilet satılıb
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Kipr APOEL-i arasında keçiriləcək cavab matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq oyuna 20 mindən çox bilet satılıb.
Kipr mətbuatının yazdığına görə, bu göstərici oyun gününə qədər daha da artacaq. Qarşılaşmanın oynanılacağı GSP Arena 23 min azarkeş tutumuna malikdi. Bu üzdən də qarşılaşmada anşlaq olması istisna deyil.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun 1:1 hesabıyla başa çatıb. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
