29 avqust 2012 15:07

“Ümid edirəm ki, bu qol mənim üçün sonuncu olmayacaq”

“İnter”in makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski müsahibəsində “Turan”la (2:3) keçirilən matç barədə danışıb, mövsümün başlanğıcını dəyərləndirib və digər suallara cavab verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- “Turan”la matçda “İnter”ə yalnız qələbə lazım idi. Görüş kifayət qədər mürəkkəb alındı. Bununla belə, komandaya 3 xalı qazanmaq müyəssər oldu...
- Bizdə müəyyən gərginlik vardı. Axı ilk matçlarda komandaya qələbə qazanmaq müyəssər olmamışdı. Bəli, biz inamla oynadıq, qol vəziyyətləri yaratdıq, ancaq onlardan istifadə edə bilmirdik. Bizə qalib gəlmək və nümayiş etdirmək lazım idi ki, bizim yerimiz turnir cədvəlində aşağıda yox, yuxarıdadı. Məhz buna görə “Turan”la matçda müəyyən çətinliklərlə qarşılaşdıq, lakin ən əsası odur ki, başlıca tapşırığı yerinə yetirə və 3 xalı ələ edə bildik.
 
- Bu qarşılaşmada çempionat çərçivəsində “İnter”in heyətində ilk qolunuza imza atdınız və bu qol komandaya qələbə qazandırdı.
- Bəli, çox xoşdur ki, komandama kömək etmək mümkün oldu. Bir də ona görə xoşdu ki, mənim qolum qələbə qazandırdı və komandaya ilk 3 xalı gətirdi. Ümid edirəm ki, bu qol mənim üçün sonuncu olmayacaq. Yenə də qol vurmaq istəyirəm, “İnter”in daha da irəliləməsini və çempionluq uğrunda mübarizə aparmasını istəyirəm.
 
- Siz artıq 2 aydan çoxdu “İnter”in heyətindəsiniz, bu müddət ərzində yeni iş yerinizə tam uyğunlaşmağa macal tapmısınız. Komandada hökm sürən atmosfer barədə nə deyə bilərsiniz və o sizdə hansı təəssüratı oyatdı?
- Deyə bilərəm ki, komanda daxilindəki atmosferdən çox razıyam. “İnter” və “Neftçi”ni müqayisə etmək istəmirəm, ancaq demək istəyirəm ki, burada hər şey yüksək səviyyədədir. “İnter”də iş peşəkar səviyyədə təşkil edilib, ayrıca baş məşqçi Kaxaber Tsxadadzeni qeyd etmək istərdim.
 
- Artıq 3 mövsümdü Azərbaycan çempionatında çıxış edirsiniz. Yerli klubların tərəqqi prosesini hiss edirsiniz? Çempionat güclənir?
- Düşünürəm ki, bu il çempionatda mübarizə daha da artacaq. Klublar tərəqqi edir və mənim nəzərimcə, çempionatda çempionluq uğrunda rəqabət bu mövsüm daha yüksək olacaq. Ötən mövsüm çempionluq uğrunda yalnız 3-4 klub mübarizə aparırdı. İndi isə yüksək yerlərə daha çox komanda iddia edə bilər. Mövsümlərarası dövrdə Azərbaycan klubları gücləndi və bizi çox maraqlı mübarizə gözləyir. Ümid edirəm ki, “İnter” potensialını tam biruzə verəcək və çempionluq titulunu əldə edəcək. Bunu bizdən baş məşqçi tələb edir və bunu oyunçular da istəyirlər.
 
- Hazırda komandanı “İnter”in oyunlarına müsbət təsir göstərəcək Gürcüstanda təlim-məşq toplanışı gözləyir.
- Əlbəttə ki, bu toplanış bizə kömək edəcək. “Turan”la oyundan sonra bizim istirahət etmək üçün  kifayət qədər vaxtımız oldu. İndisə çalışmaq vaxtıdır. Əminəm ki, Gürcüstan toplanışı çempionatın sonrakı oyunlarında bizə komək edəcək.
 
- Siz uzun zaman Avropada çıxış etmisiniz və Makedoniya millisində oynamısınız. Bilmək istərdik, dostlarınız və komanda üzrə keçmiş yoldaşlarınız Azərbaycan və yeni komandanız “İnter”lə maraqlanırlar? Siz bu suallara necə cavab verirsiniz?
- Mən artıq qeyd etdim ki, “İnter”də bütün məsələlər yüksək səviyyədədir. Məndən soruşanlara da bunu deyirəm. Burada iş üçün hər bir şəraiti yaradırlar-bunu mən ilk günlərdən müşahidə etdim. Etiraf edim ki, bu vəziyyət məni müsbət mənada təəccübləndirdi. “İnter”ə keçidim ərəfəsində mənə bu barədə məlumat vermişdilər, ancaq eşitmək və görmək ayrı-ayrı məsələlərdir. Buradakı şəraitdən razıyam. “İnter” avropasayağı fəaliyyət göstərir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.