29 avqust 2012 15:16
Rail Məlikov Türkiyədə ciddi problemlə üzləşdi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikov Türkiyədə problemlə üzləşib. Azerisport.az xəbər verir ki, qardaş ölkənin “Denizlispor” klubuna transfer olunan həmyerlimiz bu komandanın PTT birinci liqada keçirəcəyi bir neçə oyunu buraxmalı olacaq.
Buna səbəb Türkiyə Futbol Federasiyasının Railə lisenziya verməkdən imtina etməsidi. Çünki Dənizli klubunun bəzi keçmiş futbolçularına borcu var. Amma klub rəhbərliyi hələ də həmin borcu ödəməyib. TFF isə məhz bu səbəbdən sözügedən komandanı yeni futbolçularına lisenziya verməməklə “yola gətirməyə” çalışır.
Amma Məlikov üzləşdiyi problemlərdən hələ xəbərsizdi. O, saytımıza açıqlamasında bunları dilə gətirib: Mənim bundan xəbərim yox idi. Yenicə Bakıya qayıtmışam ki, əşyalarımı toplayım və Türkiyəyə yola düşüm. Sabah komandanın düşərgəsində olmalıyam. Ümid edirəm ki, bu problemi tezliklə yoluna qoyacaqlar və mən meydana çıxa biləcəyəm. Ehtiyatda oturmaq istəmirəm”.
