29 avqust 2012 15:45

Premyer Liqamızın ən yaxşı futbolçuları müəyyənləşdirilir

2011-2012-ci il mövsümündə Azərbaycan Premyer Liqasında ən yaxşı oyunçular və baş məşqçinin seçimi məqsədilə sorğu aparılacaq. Azerisport.az xəbər verir ki, sorğu ötən mövsüm PFL-lə sıx əməkdaşlıq etmiş və çempionatın işıqlandırılmasında yaxından iştirak etmiş 40-dək mətbu orqan (hər mətbu orqandan 1 təmsilçi olmaqla) arasında 7 nominasiya üzrə aparılacaq.
 
 
Nominasiyalar aşağıdakılardı:
 
1. Premyer Liqanın 2011/2012-ci il mövsümünün ən yaxşı qapıçısı;
2. Premyer Liqanın 2011/2012-ci il mövsümünün ən yaxşı müdafiəçisi;
3. Premyer Liqanın 2011/2012-ci il mövsümünün ən yaxşı yarımmüdafiəçisi;
4. Premyer Liqanın 2011/2012-ci il mövsümünün ən yaxşı hücumçusu;
5. Premyer Liqanın 2011/2012-ci il mövsümünün ən yaxşı baş məşqçisi;
6. Premyer Liqanın 2011/2012-ci il mövsümünün ən yaxşı futbolçusu
7. Premyer Liqanın 2011/2012-ci il mövsümünün tapıntısı (gənc futbolçusu)
8. Premyer Liqanın 2011/2012-ci il mövsümünün ən yaxşı hakimi
9. Premyer Liqanın 2011/2012-ci il mövsümünün ən yaxşı qolu
 
Hər bir mətbu orqan bu nominasiyaların hərəsi üzrə 3 futbolçunun namizədliyini irəli sürəcək. 1-ci yerə 5 xal, 2-ci yerə 3 xal, 3-cü yerə 1 xal nəzərdə tutulub. Oyunçulara verilən xallar hesablanacaq və hər bir nominasiya üzrə qaliblər müəyyənləşəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.