29 avqust 2012 16:15
“Neftçinin qrup mərhələsinə vəsiqə qazanmasını gözləyirəm”
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Kipr APOEL-inin qonağı olacaq “Neftçi”nin şanslarını dəyərləndirib. Komandamızın oyununu izləmək üçün Nikosiyaya yollanan mütəxəssis nikbin fikirləri ilə diqqət çəkib.
- Kiprə hansı ümidlərlə gedirsiz?
- Düzünü desəm, optimist! İlk oyun komandamız üçün uğurlu alındı. Əlbəttə, nəticə o qədər də ürəkaçan deyil. Amma “Neftçi” yaxşı oyun sərgilədi. Əsas o idi ki, komandanın qələbə istəyi çox yüksək idi. Əgər bu oyunu cavab qarşılaşmasında da təkrarlamaq mümkün olsa, uğur bizim tərəfimizdə olmalıdı.

- Rəqibin favorit olduğunu, ilk oyunda sərf etməyən heç-heçəni nəzərə alsaq, mərhələ adlamaq şansımız nə qədər yüksəkdi?
- Nəticə o qədər də ürəkaçan deyil. Amma futbol səhvlər üzərində qurulmuş oyundu. Kim səhv edirsə, o da uduzur. “Neftçi”yə səfərdə qol vurmaq lazımdı. Amma bu, o demək deyil ki, başını aşağı salıb irəli atılmalısan. Yəqin ki, baş məşqçi nəyi necə etmək lazım olduğunu futbolçularına başa salacaq. Mən “Neftçi”nin qrup mərhələsinə vəsiqə qazanmasını gözləyirəm.

- Bu yolda sizin missiyanız nədən ibarət olacaq?
- Komandamızı dəstəkləyəcəm (gülür). Amma əsas işim yığma üzvlərini izləmək olacaq.

- İlk növbədə kimi izləyəcəksiz?
- Birinci növbədə Mahir Şükürovu. O, yenicə forma yığmağa başlayır. Eyni zamanda Cavid İmamverdiyevi də diqqətdə saxlayacağam. Bu futbolçular haqda informasiya toplamalıyam. Xüsusilə Mahirin oyun forması bizim üçün çox vacibdi. Çünki artıq DÇ-2014-ün seçmə mərhələsinə çox az qalıb.

- Bəs yığmamızda son durum necədi?
- Komanda dünəndən bir araya gəlib. İlk məşqimizi keçirdik. Komanda bu gün iki dəfə məşqə çıxmalıdı. Hər şey normalıd. Dəvət göndərilən 30 futbolçudan 23-ü artıq İsrail və Portuqaliya ilə oyunların hazırlığına start verib.

- Qeyri-adi xarakterə malik Berti Foqtsla çalışmaq çətin deyil ki?
- Mən hələ heç bir çətinlik görməmişəm. Amma hər kəsin işi özü üçün çətindi. Alman mütəxəssislə işləmək asandı. Yaxşı münasibətlərimiz var.

- Nazim Süleymanovun gəlişindən sonra yığmada nə dəyişib?
- Bunu mən deyə bilmərəm. Deməzdim ki, mənim gəlişimdən sonra hansısa ciddi irəliləyişlər olub.

- Bəs Foqts özü sizin işinizdən razıdı? O, bundan öncə bir neçə məşqçi dəyişib...
- Bu barədə o, mənə xüsusi heç nə deməyib. Hələlik birgə çalışa bilirik, heç bir problem də yoxdu.
- DÇ-2014-ün seçmə mərhələsindəki ilk iki oyundan nə gözləyirsiz?
- Turnirə uğurlu start vermək istəyirik. Öz meydanımızda İsraillə qarşılaşacağıq. Qələbə qazanmamaq üçün heç bir səbəb görmürəm. Düzdü, rəqib bizi ustalıq səviyyəsinə görə qabaqlayır. Amma biz onları öz meydanımızda məğlub etməliyik.