29 avqust 2012 16:21
APOEL-in Neftçi ilə oyun üçün start heyəti
Kiprin APOEL klubunun baş məşqçisi İvan Yovanoviç artıq Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri cavab matçı üçün heyəti müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, serbiyalı mütəxəssis ilk dəqiqələrdən qapıçı Xiotisə, müdafiəçilərdən Bardo, Klükovski, Serjio və Aleksandriuya, yarımmüdafiəçilər Moraiş, Pintu və Ben Aşura, vingerlər Xaralambidis və Aloneftisə, həmçinin yeganə hücumçu Adornoya şans verəcək.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə avqustun 30-da oynanılacaq və saat 22:00-da başlayacaq.
