29 avqust 2012 16:30
Yığmamız Ukraynada hazırlıq keçəcək
Sentyabrın 2-dən 12-nə qədər Ukraynanın Donetsk şəhərində 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Toplanış çərçivəsində 3 yoldaşlıq oyununu keçirilməsi nəzərdə tutulub. Amma rəqiblərin kimliyi barədə məlumat verilmir.
