29 avqust 2012 17:11
İvan Yovanoviç: Neftçidən sürpriz gözləmirəm
Kiprin APOEL klununun baş məşqçisi İvan Yovanoviç UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutan ilk oyundakı zəif çıxışlarının səbəblərini açıqlayıb:
- Biz bilirdik ki, heyətdəki dəyişikliklər oyunumuza təsir göstərəcək. Başqa cür ola da bilməzdi. Bizim bir neçə zədəli futbolçumuz vardı. Amma hər şeyə rəğmən, Bakıda biz yaxşı nəticəyə nail olduq. Hansı ki, bu, bizə cavab matçına daha ümidli yanaşmağımıza şərait yaradır.

- Cavab matçında necə oynamağa hazırlaşırsız?
- Şübhəsiz ki, biz evdə başqa cür oynayacağıq. Mən həmişə optimist olmuşam. Oyunçularımın da eyni cür düşündüyünə əminəm. Qrup mərhələsinə çıxmaq üçün bizim şansımız daha çoxdu, nəinki “Neftçi”nin. Amma bunun üçün Bakıdakından daha yaxşı oynamağa borcluyuq.

- Rəqibin oyunu barədə nə deyə bilərsiz?
- Bu, elə komandadı ki, həm özü oynayır, həm də rəqibə oynamaq imkanı verir. Onlar çox simpatik futbol sərgiləyirlər. Onların digər oyunlarına da baxmışam. Yəni bu cür futbolu təkcə bizə qarşı sərgiləməyiblər. Hamıya eyni cür futbol təklif edirlər. Bir sözlə, çox təhlükəli rəqibdi.

- Bakıdakı süni örtüklü qazonda oynamaq çətin idi?
- Biz Norveçin “Aalesund” komandasına da qarşı bu cür arenada oynamışdıq. Əlbəttə, alışmadığımız durum idi. Hər bir futbolçu bu üzdən müəyyən problemlərlə üzləşir. Hətta orda məşq etməklə də bu çatışmazlığı aradan qaldırmaq mümkün olmur. Futbolçuları da başa düşmək lazımdı.

- Komandanın qeyri-sabit çıxışını nə ilə əlaqələndirərdiniz?
- Qeyd etdiyim kimi, ilk növbədə zədələrlə. Eyni zamanda da biz yeni komanda yaradırıq.

- “Neftçi”dən sürpriz gözləyirsiz?
- Xeyr. Fikrimcə, onlar cavab matçında da öz oyunlarını sərgiləməyə çalışacaqlar.