29 avqust 2012 17:28
Şahin Diniyev: APOEL Neftçi ilə müqayisədə daha şanslı görünür
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev “Neftçi”nin UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəyi cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Nikosiyada baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Cavab oyunu çox çətin olacaq. Çünki APOEL-i ev komandası saymaq olar. Düzdü, “Neftçi” ilk matçda çox gözəl oyun sərgiləmişdi. Amma cavab matçında rəqib komandamızdan daha şanslı görümür. İstənilən halda hər şey “Neftçi”dən asılıdı. Məşqçilər korpusu rəqibi necə aldatmaq mümkün olduğunu fikirləşməlidilər”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə avqustun 30-da oynanılacaq və saat 22:00-da başlayacaq.
