29 avqust 2012 18:46
Bakının müdafiəçisi İspaniya ilə oyuna dəvət aldı
"Bakı” futbol klubunun müdafiəçi George Popxadze ölkəsinin yığmasından dəvət alıb. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, o, dünya çempionatı seçmə oyunları çərçivəsində baş tutacaq Belarus (7 sentyabr) və İspaniya (11 sentyabr) oyunlarında iştirak etmək üçün Gürcüstan milli komandasınn düşərgəsinə dəvət olunub.
