29 avqust 2012 19:45
Mahir Şükürov: Bu rəqibi keçməyimizə heç nə mane ola bilməz
“Neftçi”nin futbolçusu Mahir Şükürov UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- APOEL ilə cavab matçından nə gözləyirsiz?
- Evdəki heç-heçədən sonra bizə indi mütləq qələbə qazanmaq lazımdı. Çətin olacaq. Amma qalib gəlmək istəyimiz çoxdu. Mümkünsüz heç nə yoxdu. Futbolda bəxt də lazımdı. Əgər bəxt bizim tərəfimizdə olsa, kiprliləri keçə biləcəyik. Şübhəsiz ki, öz meydanlarında onlar daha yaxşı oynayacaqlar. Əminəm ki, öz azarkeşləri qarşısında fərqli APOEL görəcəyik.

- Sizcə, “Neftçi” səfərdə necə oynamalıdı?
- Onu dəqiq deyə bilərəm ki, öz qapımızın qarşısına sıxışıb qalmamalıyıq. Əgər ilk oyundakı kimi hücum etsək, onların müdafiəsini gərginlikdə saxlasaq, bu rəqibi keçməyimizə heç nə mane ola bilməz.
- Onu dəqiq deyə bilərəm ki, öz qapımızın qarşısına sıxışıb qalmamalıyıq. Əgər ilk oyundakı kimi hücum etsək, onların müdafiəsini gərginlikdə saxlasaq, bu rəqibi keçməyimizə heç nə mane ola bilməz.
- Düşünmürsüz ki, müdafiədəki problemlər komandanın hücuma inamla atılmasına mane ola bilər?
- Biz əlimizdən gələni etməliyik ki, müdafiədə səhv buraxmayaq. Bu, bağışlanmaz olacaq.
- Biz əlimizdən gələni etməliyik ki, müdafiədə səhv buraxmayaq. Bu, bağışlanmaz olacaq.
- İsrail “Hapoel”i ilə oyunda bunu bacarmamışdınız...
- Bu dəfə alınacaq. Ola bilsin ki, bu, kənardan görünmür. Amma səfər oyunlarında müdafiə xəttinin işi daha çətin olur.
- Bu dəfə daha çətin olacaq. Çünki kiprli azarkeşlərin güclü təzyiqi altında oynamalı olacaqsız...
- “Neftçi”nin demək olar ki, bütün futbolçuları 40-50 min azarkeşlik stadionlarda oynayıblar. Ona görə də 22 min azarkeşdən qorxmaq lazım deyil. Bu, bizim üçün problem olmamalıdı. Şəxsən də mənim üçün.
- 1995-ci ildə “Neftçi” məhz bu komanda ilə səfər oyunu zamanı təxribatla üzləşmişdi. Futbolçular bu dəfə oxşar hadisəyə hazırdılarmı?
- Bizim qələbəmiz hər şeyə yaxşı cavab olardı. Amma əlbətə, Türkiyənin bayrağının yandırılmasını görmək xoş deyil. Ümid edirəm ki, oxşar hadisələr bu dəfə təkrarlanmaz.
- Bizim qələbəmiz hər şeyə yaxşı cavab olardı. Amma əlbətə, Türkiyənin bayrağının yandırılmasını görmək xoş deyil. Ümid edirəm ki, oxşar hadisələr bu dəfə təkrarlanmaz.