29 avqust 2012 21:22
APOEL son məşqini və mətbuat konfransını azərbaycanlı jurnalistlərin iştirakı olmadan keçirdi
Kiprin APOEL klubu Avropa Liqasının pley-off mərhələsinin “Neftçi” ilə cavab matçı öncəsi bu gün mətbuat konfransı və jurnalistlər üçün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, sözügedən mərasimlərdə azərbaycanlı jurnalistlər iştirak etməyib.
Çünki həm mətbuat konfransı, həm də açıq məşq Azərbaycan tərəfinin Kiprə yola düşdüyü vaxta – səhər saatlarına təsadüf edib. Halbuki, sözügedən tədbirlərin axşam saatlarında keçiriləcəyi bildirilirdi. Amma məlum olmayan səbəblərdən APOEL rəhbərliyi fərqli qərar veriblər.
