29 avqust 2012 22:36
“Çalışacağıq elə futbol sərgiləyək ki, sonda kiprli azarkeşlər də bizi dəstəkləsin”
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri cavab oyunu mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, Nikosiyada baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
- Bir həftə öncə keçirilən oyun zamanı bəxt rəqibin tərəfində idi. Biz 3-4 qol epizodundan yararlana bilmədik. Sadəcə bir qol vurduq. Kobud səhvə yol verməyimiz isə bizi qələbədən etdi. Sabah bizi çətin oyun gözləyir. APOEL güclü rəqibdi. Öz oyun üslubu olan komandadı. Amma meydan sahibləri unutmamalıdılar ki, onlar “Neftçi”yə qarşı oynayırlar. Biz bu mərhələni keçməyi çox istəyirik. Çünki belə olan halda ölkə futbolunda yeni tarix yazmış olacağıq.
- Rəqibin baş məşqçisi bəyan edib ki, “Neftçi”dən sürpriz gözləmir...
- O, öz açıqlamalarında ehtiyatlı olmalıdı. Rəqib haqda belə tonda danışmaq olmaz. Əgər o, özünü Avropa səviyyəli bir məşqçi hesab edirsə, rəqib barədə necə danışmaq lazım olduğunu da bilməlidi.
- Çoxlarını düşündürən bir məsələ var – komandanız bu oyuna fiziki cəhətdən nə dərəcədə hazırdı?
- Komandamın fiziki hazırlıq baxımından problemi yoxdu.
- Komandamın fiziki hazırlıq baxımından problemi yoxdu.
- Komandada liderlik keyfiyyəti olan, komandanı arxasınca aparan oyunçunuz var?
- Belə oyunçularımız kifayət qədərdi. Həm yerlilər, həm də əcnəbilər arasında.
- Belə oyunçularımız kifayət qədərdi. Həm yerlilər, həm də əcnəbilər arasında.
- Narazı olduğunuz hansısa məqam var?
- Mənim belə bir problemim yoxdu.
- Mənim belə bir problemim yoxdu.
- “Neftçi” kiprli azarkeşlərin təzyiqinə hazırdı?
- Bəli. Bu, bizim üçün səbəb sayıla bilməz. Şanslar istənilən halda bərabərdi. Daha doğrusu, şansların 70-in 30-a bizim xeyrimizə olduğunu düşünürəm. Stadiona hansı bayraqların gətirilməsindən asılı olmayaraq, biz öz futbolumuzu sərgiləməyə çalışacağıq. Güclü qalib gəlsin. Mən futbolçularımızın siyasətə qarışmasının tərəfdarı deyiləm. Biz bura futbol oynamağa gəlmişik. Çalışacağıq elə futbol sərgiləyək ki, sonda kiprli azarkeşlər də bizi dəstəkləsin.