29 avqust 2012 11:18
Saşa Stamenkoviç: Kiprli fanatlar mənim üçün problem deyil
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi”nin qrup mərhələsinə düşmək şanslarını necə qiymətləndirirsiz?
- Əgər biz Nikosiyada da Bakıdakı kimi oynasaq, onda bizim kifayət qədər yaxşı şansımız olacaq ki, bu komandanı mübarizədən kənarlaşdıraq.

- Siz buna nə dərəcədə əminsiz?
- Tam əminəm. Düşünmürəm ki, bu dəfə də Bakıdakı qədər bəxtimiz gətirməyəcək. Kiprdə hər şeyi etməliyik ki, uğur da bizim tərəfimizdə olsun.

- İlk oyuna əsasən APOEL barədə nə deyə bilərsiz?
- APOEL göstərdi ki, Kipr futbolu həqiqətən də yüksəlişdədi. Onların iki dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış etməsi də bundan xəbər verir.

- Bakıda buraxdığınız qolu analiz etmisiz?
- Bəli. Amma indi heç nəyi geri qaytarmaq olmaz. Buraxdığımızı buraxmışıq. Qarşıya baxmaq lazımdı.

- Əgər “Neftçi” mərhələ keçə bilməsə, məyus olacaqsız?
- Düzünü deyim ki, bu barədə düşünmürəm. Bizim əla şansımız var və bundan yararlanmaq lazımdı.

- Sizə elə gəlmir ki, rəqib Bakıdakı qarşılaşma ilə müqayisədə bu dəfə daha aqressiv oynayacaq?
- Mən buna əminəm. Onlar son dörd ildə çox artırıblar. Təcrübələri də çoxdu. Buna görə mənə də ağır olacaq. Qapıya zərbələrin sayı çox olacaq. Lakin bu, həm də bizim sürətli oyunçularımıza əks-hücum şansı yaratmış olacaq.

- Bəs kiprli fanatların təzyiqləri barədə nə deyə bilərsiz?
- Bilirsiz ki, Serbiyada daha çılğın azarkeşlərin gözü və təzyiqi qarşısında oynamışam. Ona görə də kiprli fanatlar mənim üçün problem deyil.