30 avqust 2012 18:10
Azərbaycan İrlandiyadan qisas ala bilmədi (YENİLƏNİB)
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və İrlandiya yığma komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, bu dəfəki qarşılaşma da Dublin şəhərində baş tutub.
Komandamız rəqibinə ciddi müqavimət göstərb. Amma bu, qələbə üçün yetərli olmayıb. İki qol vuran millimiz qapısında üçüncü buraxdığı üçün məğlubiyyətlə üzləşib. Komandamızın hər iki qolunu Mahir Mədətov vurub.
Maraq üçün qeyd edək ki, bu komandalar arasında iki gün öncə daha bir görüş keçirilmişdi. Həmin qarşılaşmada yığmamız 0:3 hesabıyla yenilmişdi.
Yoldaşlıq oyunu
30 avqust
İRLANDİYA - AZƏRBAYCAN - 3:2
