29 avqust 2012 11:37
UEFA hər klubumuza 21 min 733 manat ayırdı
Uşaq futbolunun inkişafı məqsədilə UEFA-nın 2010/2011-ci il mövsümü üçün ayırdığı vəsait AFFA tərəfindən Premyer Liqada çıxış edən klubların büdcəsinə köçürülüb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, hər bir klub üçün ayrılmış vəsait 21 min 733 manat təşkil edir.
