29 avqust 2012 11:55
Fransa Liqa kuboku: 3-cü mərhələyə yüksələn klublar bəlli oldu
Futbol üzrə Fransa Liqa kubokunda 2-ci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələdə 6 oyun baş tutub.
“Clermont Foot”un qonağı olan “Caen” minimal hesablı qələbə sayəsində mərhələ adlayıb. “GFCO Ajaccio”un qonağı olan “Arles-Avignon” və “Laval”la görüşən “Angers” də sevinən tərəf olublar. “Metz” isə doğma meydanda “Tours” üzərində qələbəyə sevinib. “Niort”un qonağı olan “Monaco” 3-cü mərhələyə adlamağın sevincini yaşayıb. “Auxerre” isə “Dijon”u mübarizədən kənarlaşdırıb.
Fransa
Liqa kuboku (2-ci mərhələ)
28 avqust
Clermont Foot – Caen – 0:1
GFCO Ajaccio - Arles-Avignon – 1:2
Laval – Angers – 0:2
Metz – Tours – 1:0
Niort – Monaco – 1:2
Auxerre – Dijon – 2:1
