30 avqust 2012 13:09

Rail Məlikov: Türkiyə 1-ci liqası Premyer Liqamızı üstələyir

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Denizlispor” klubunun müdafiəçisi Rail Məlikov azerisport.az saytının suallarını cavablandırıb.
 
- Mətbuatda məlumat yayılıb ki, Türkiyə Futbol Federasiyası siz də daxil olmaqla “Denizlispor”un yeni oyunçularına lisenziya vermək istəmir...
- Mən bunu eşidən kimi Türkiyəyə zəng etdim və məsələni dəqiqləşdirdim. “Denizlispor”dan mənə dedilər ki, bununla bağlı heç bir problem ola bilməz. Komanda öz borclarını ödəyib və yeni futbolçuları üçün də lisenziya alıb. Özü də mən Türkiyədə legioner hesab olunmuram.
 
- Sizi yeni komandanızda necə qarşıladılar?
- Klub rəhbərliyi ilə görüşdüm. Məni çox yaxşı qarşıladılar. Təəssüf ki, orda bir gün qala bildim və bu üzdən baş məşqçi ilə görüşə bilmədim. Amma qayıdan kimi, onunla da görüşəcəm.

- “Adana Demirspor”da çıxış edən Cavid Hüseynovla əlaqə saxlamamısız?
- Hələ Cavidlə əlaqə yarada bilməmişəm. Adana Dənizliyə o qədər də yaxın deyil. Bütövlükdə, orda bizim futbolçulardan Cihan Özkara və Ufuk Budaq da çıxış edir.
 
- Türkiyə birinci liqası ilə Premyer Liqamızı müqayisə edə bilərsiz?
- Burda hər oyuna ən azı 7-8 min azarkeş gəlir. Azərbaycanda yalnız 2-3 komandanın oyununda belə azarkeşə rast gəlmək mümkündü. Məncə, oyun keyfiyyəti baxımından səviyyə eynidi. Amma bəzi məqamlarına görə PTT birinci liqa Premyer Liqamızı üstələyir.
 
- Keçmiş komandanız – “Neftçi” bu gün Avropa Liqasının pley-off mərhələsində APOEL-lə cavab görüşünə çıxacaq. “Ağ-qaralar”ın şanslarını necə qiymətləndirirsiz?
- Düzünü deyim ki, mən “Neftçi”nin evdə qələbə qazanacağına əmin idim. Komandanın sadəcə bəxti gətirmədi. Uşaqlar bütün 90 dəqiqəni yüksək səviyyədə keçirdilər. Amma bircə səhv rəqibin hesabı bərabərləşdirməsi ilə nəticələndi. Hər halda ilk oyun göstərdi ki, APOEL-i məğlub etmək olar. Fikrimcə, Böyükağa Hacıyev bunu necə etməyin yolunu bilir.
 
- Yığmamız da DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrail və Portuqaliya ilə oyunların hazırlığına start verib. Bu oyunlardan nə gözləyirsiz?
- Son qələbənin ardından komandada atmosfer yaxşılaşıb. İsraillə oynamaq olar. Səviyyə baxımından rəqibdən geri qalsaq da, son zamanlar öz oyunumuzu yaxşılaşdıra bilmişik. İndi mümkün qədər yaxşı oynamalıyıq. İsraili məğlub etmək olar. Amma portuqaliyalılarla mübarizə aparmaq çox çətin olacaq. İnanıram ki, İsraili məğlub edə bilsək, portəgizlərə də problem yarada bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.