30 avqust 2012 13:17
APOEL azarkeşləri Neftçinin qaldığı otelə gəldilər
Dünəndən Cənubi Kiprin Nikosiya şəhərində olan “Neftçi”yə yerli azarkeşlər psixoloji təzyiq göstərmək istəyib. Azerisport.az xəbər verir ki, ötən gecə yerli fanatlar “Neftçi”nin qaldığı “Hilton” otelinə gəliblər.
Yerli vaxtla 03:00 radələrində otelə gələn fanatlar Azərbaycan dilində müxtəlif şüarlar səsləndiriblər. Bunda da məqsəd oyundan öncə komandamıza psixoloji təzyiq etmək olub.
