30 avqust 2012 13:22

AFFA-nın əməkdaşı ən yaxşı futbolçunun seçimində iştirak edəcək

Bu gün Monakoda Avropanın ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gələcək. Azerisport.az xəbər verir ki, rəsmən “UEFA Best Player in Europe” adlanan mükafata 3 namizəd var.
 
Bunlar ötən il «Avropanın ən yaxşısı» seçilən argentinalı Lionel Messi, həmçinin onun «Barselona»dakı oyundaşı ispan Andres İnyesta və «Real»ın portuqaliyalı lideri Kriştianu Ronaldodur. 2011/12 mövsümünün ən yaxşı futbolçusu UEFA-nın ESM (Avropa İdman Mediası) ilə birlikdə keçirdiyi sorğunun ikinci mərhələsində müəyyənləşəcək. Tədbirdə Azərbaycanı AFFA-nın təsisçisi olduğu “Futbol dünyası” qəzetinin əməkdaşı Rasim Mövsümov təmsil edəcək.
 
Avropanın 2011/12 mövsümündə ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirilən sorğuda UEFA-nın üzvü olan 53 ölkənin hərəsindən bir media nümayəndəsi iştirak edir. İyunun 20-də start götürən və iyulun 4-ə kimi davam edən ilkin mərhələdə respondentlər ən yaxşı saydıqları 5 futbolçunu seçiblər və anketlərdə 1-ci göstərilən 5 xal, 2-ci göstərilən 4 xal, 3-cü göstərilən 3 xal, 4-cü göstərilən 2 xal və 5-ci göstərilən 1 xal qazanıb. Sorğuya qatılanlar Avropa klublarında oynayan istənilən qitənin nümayəndəsinə səs verə bilərlər.
 
Səsvermənin həlledici mərhələsi bu gün Monakodakı «Grimaldi Forum» sarayında Çempionlar Liqası qrup yarışının püşkatması zamanı keçiriləcək (Bakı vaxtilə saat 20:30-da başlayacaq).
 
Avqustun 31-də isə sorğu iştirakçıları Monakodakı «Stade Louis II» arenasında Avropa Superkuboku uğrunda «Çelsi» – «Atletiko Madrid» qarşılaşmasını izləyəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.