30 avqust 2012 00:56
Neftçinin hücumçusu yığmaya dəvət olunmadı
Çili yığmasının baş məşqçisi Klaudio Borqi komandanın heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, baş məşqçi sentyabrın 11-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Kolumbiya ilə keçirəcəkləri oyun üçün 24 futbolçuya dəvət göndərib.
24 nəfərlik siyahıya “Neftçi”nin hücumçusu Nikolas Kanalesin adı düşməyib. Kanales avqustun 15-də keçirilən yoldaşlıq oyununda olduğu kimi, bu dəfə də yığmanın heyətində yer almayacaq.
Qeyd edək ki, Kanales yığmada son oyununu bu il, martın 21-də Peruya qarşı keçirib.
