30 avqust 2012 13:33
Azərbaycan APOEL - Neftçi matçını görməyəcək
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində bu gün keçiriləcək APOEL – “Neftçi” oyununun televiziya vasitəsi ilə Azərbaycan ərazisində yayımı baş tutmayacaq. Azerisport.az xəbər verir ki, ölkə telekanallarından heç biri yayıma maraq göstərməyib.
“Neftçi” rəhbərliyi telekanallara yardım etməyə hazır olduğunu açıqlasa da, heç biri yaxın durmayıb. Bu səbəbdən azarkeşlər matçı televiziya vasitəsi ilə izləyə bilməyəcək.
