30 avqust 2012 23:53

Neftçidən tarixi zəfər: İlk dəfə Azərbaycan klubu qrup mərhələsində! (YENİLƏNİB)

Bu gün futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxıb.
 
Məlum olduğu kimi, komandamız avrokubokların cari mövsümünə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən start vermişdi. İlk cəhdində Gürcüstan çempionu “Zestafoni”ni mübarizədən kənarlaşdıran “ağ-qaralar” eyni uğuru üçüncü təsnifat mərhələsinin İsrail “Hapoel”iylə (Kiryat Şmona) mübarizədə təkrarlaya bilməmişddi.
 
Amma reqlamentə əsasən Azərbaycan təmsilçisi hələ Avroliqada da mübarizə aparmaq şansına malik idi. Nüfuzuna görə qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində “Neftçi” APOEL (Kipr) səddini keçməliydi.
 
Paytaxt klubu Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaqla böyük bir tarixi uğura imza ata bilərdi. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan “neftçilər”ə cavab matçında mütləq qalib gəlməli, və ya bol qollu heç-heçəyə nail olmalıydı.
 
Azərbaycan çempionu isə bəlkə də çoxlarının gözləmədiyi halda möhtəşəm qələbəyə imza atıb. 3:1 hesablı qələbə "ağ-qaralar"ın həm uzun illər öncə bu kluba avrokuboklardakı məğlubiyyəti, həm də Türkiyə bayraqarını yandırması və Ermənistan bayrağını qaldırmasına tutarlı cavab olub. Amma ən əsası isə ilk dəfə Azərbaycan klubu avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb!!!
 
Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunu)
30 avqust
 
APOEL - NEFTÇİ - 1:3 (1:2)
Qollar: C.İmamverdiyev, 22 (0:1), J.Bobay, 30 (0:2), S.Benaşur, 44 (1:2), Flavinyo, 60 (1:3)
Baş hakim: Said Enjimi (Fransa).
Nikosiya. GSP Arena.
İlk oyun – 1:1
 
Oyun başladı
İlk dəqiqələrdən APOEL daha fəaldı
Meydan sahibləri komandamızı topsuz saxlamağa çalışırlar
5. E.Pintunun zərbəsi hədəfdən yan keçir
10. APOEL oyunda ilk korneri yerinə yetirir. Moraişin zərbəsi dəqiq olmur
11. Budimir oyunda ilk sarı vərəqənin müəllifinə çevrilir
12. Mahir komanda yoldaşlarını fəal olmağa səsləyir. Tribunalardan isə meydana bir plastik su qabı atılır
14. Vobayın cərimə zərbəsi tirdən qayıdır. Komandamızın ilk təhükəli vəziyyəti zamanı meydan sahiblərinin bəxti gətirir
15. Benaşurun zərbəsinin qarşısı alınır
15. E.Ramos sarı vərəqə alır
16. Cərimə zərbəsi zamanı Manduka hədəfə düşə bilmir
17. Vobayın zərbəsi müdafiəçilərə dəyib geri qayıdır
20. Müdafiəçilərimiz çox həyəcanlı görünürlər. Bu üzdən Stamenkoviç onları sakit olmağa çağırır
22. QOOOOOOOOOOOOOOL. İMAMVERDİYEV!!! - 0:1
26. APOEL daha bir korner vurur: hər şey bizim üçün yaxşı bitir
28. Cavidin növbəti qapıya zərbəsi bu dəfə dəqiq alınmır
30. QOOOOOOOOOOOOOOOOOOOOOOL!!! VOBAY!!! - 0:2
30. Vobay Flavinyonun əla ötürməsini qola çevirir
30. Julius qoldan sonra formasını çıxardığı üçün sarı vərəqə alır
34. APOEL təhlükəli vəziyyət yaradır: Budimir qapını nişan ala bilmir
35. Bertuççi sarı vərəqə alır
36. Cərimə zərbəsi zamanı Borda hədəfə düşə bilmir
42. "Neftçi" daha bir əla qol vəziyyəti yaradır: Təəssüf ki, Cavidin zərbəsi hədəfə düşmür
44. Benaşur fərqi azaldır - 1:2
Birinci hissə başa çatdı
İkinci hissə başladı
APOEL fasilədən sonra fəal görünür. Amma "Neftçi" diqqətlə müdafiə olunur və əks-hücum imkanı gözləyir
58. Flavinyonun zərbəsi müdafiəçilərdən kornerə çıxır
58. "Neftçi" korneri boşa verir
59. APOEL də kornerdən yararlana bilmir
60. QOOOOOOOOOOOOOOOOOOOOOOOOOL!!! Flavinyo əks-hücumu qolla tamamlayır! - 1:3
60. Yəqin ki, bu qolu APOEL-in sonu saymaq olar
63. APOEL-də Klukovski yerini Xaralambidesə verir
64. Bertuççinin zərbəsi hədəfdən yan keçir
69. APOEL kornerdən istədiyi kimi yararlana bilmir
72. APOEL-də Benaşuru E.Souza əvəzləyir
72. "Neftçi"də ilk dəyişiklik: Cavidin əvəzində meydana M.Seyidov çıxır
73. Aloneftisin zərbəsi qapıdan yan keçir
76. Budimir də qeyri-dəqiq zərbə ilə yadda qalır
77. Vobayın əvəzində meydana A.Abdullayev çıxır
79. Aloneftisin daha bir zərbəsi qapıdan yan keçir
80. APOEL-də son əvəzləmə: Manduka yerini Adornoya verir
83. E.Yunuszadə Adornoya qarşı kobudluğa görə qırmızı vərəqə ilə meydandan qovulur
84. E.Pintonun təhlükəli nöqtədən cərimə zərbəsi qapıdan aralı keçir
86. "Neftçi"də Kanalesi T.Quliyev əvəzləyir
88. Budimirin zərbəsi dəqiq olmur
90+2. Bordanın zərbəsini Stamenkoviç dəf edir
90+3. E.Souza sarı vərəqə alır
90+5. E.Souzanın zərbəsi qapıdan yan keçir
90+6. Adorno da eyni aqibəti yaşayır
Matç başa çatdı. ƏHSƏN NEFTÇİ!!!

APOEL: 22. Dionisios Xiotis, 5. Maykl Klyukovski, 7. Mario Budimir, 11. Nektarius Aleksandru (k), 18. Selim Benaşur, 21. Qustavo Manduka, 23. Eliu Pintu, 26. Nunu Moraiş, 27. Arits Borda, 28. Mariu Serjio, 46. Efstatios Aloneftis.
Ehtiyat oyunçular: 78. Urko Pardo, 10. Kostas Xaralambides, 12. Aldo Adorno, 15. Marios Antoniades, 19. Marios Elia, 31. Elder Souza, 77. Atos Solomu.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 7. Rodriqinyo, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.