30 avqust 2012 02:38
Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşdi
Futbol üzrə UEFA Çempionlar Liqasında 2012-2013 mövsümünün qrup mərhələsinin bütün iştirakçılarının adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində mübarizə aparan 20 klub ötən gecə növbəti mərhələyə daha 10 vəsiqənin taleyinə aydınlıq gətirdilər.
İki oyuna əsasən güclü çıxan klublar aşağıdakılar oldular: Dinamo (Kiyev, Ukrayna), BATE (Belarus), Celtic (Şotlandiya), Anderlecht (Belçika), CFR Cluj (Rumıniya), Dinamo (Zaqreb, Xorvatiya), Lille (Fransa), Malaga (İspaniya), Braga (Portuqaliya), Spartak (Moskva, Rusiya).
Beləliklə, adı çəkilən 10 klub mübarizəyə məhz qrup mərhələsindən başlayacaq 22 iştirakçı ilə birgə ÇL-in qrup mərhələsində çıxış etmək hüququna yiyələnib. Mübarizəyə məhz bu mərhələdən başlayacaq klublar isə bunlardı:
Chelsea (İngiltərə), Barcelona (İspaniya), Manchester United (İngiltərə), Bayern (Almaniya), Real (İspaniya), Arsenal (İngiltərə), Porto (Portuqaliya), Milan (İtaliya), Valencia (İspaniya), Benfica (Portuqaliya), Şaxtyor (Ukrayna), Zenit (Rusiya), Schalke (Almaniya), Manchester City (İngiltərə), Olympiacos (Yunanıstan), Ajax (Hollandiya), Juventus (İtaliya), PSG (Fransa), Galatasaray (Türkiyə), Borussia (Dortmund, Almaniya), Montpellier (Fransa), Nordsjelland (Danimarka).
Qeyd edək ki, ÇL-in qrup mərhələsinin püşkatma mərasimi bu gün - avqustun 30-da keçiriləcək.
