30 avqust 2012 14:19
“Neftçini keçə biləcək gücdə olduğumuza əminəm”
Kiprin APOEL klununun futbolçusu Maykl Klukovski UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, komandanın yeni transferi Nikosiyada baş tutacaq qarşılaşma ərəfəsində bunları dilə gətirib:
“Mən APOEL-də debüt etməyə hazıram. Deməzdim ki, “Neftçi” asan rəqibdi. Amma əminəm ki, bu səddi keçə biləcək gücdəyik”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə bu gün oynanılacaq və saat 22:00-da başlayacaq.
