30 avqust 2012 14:47
Neftçinin APOEL ilə oyununa bütün biletlər satıldı
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Kipr APOEL-i arasında keçiriləcək cavab matçına bilet satışı başa çatıb. Azerisport.az xəbər verir ki, artıq bu oyun üçün satışa çıxarılan bütün biletlər satılıb.
Məlum olduğu kimi, Kipr klubu bu oyun üçün 22 500 bilet sifariş vermişdi. Qarşılaşmanın oynanılacağı GSP Arena isə 23 min azarkeş tutumuna malikdi. Bu üzdən də qarşılaşmada anşlaq olacağını demək olar.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun 1:1 hesabıyla başa çatıb. Cavab qarşılaşması isə bu gün Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
