30 avqust 2012 03:25
İspaniya Super Kubokunu Real qazandı
Futbol üzrə İspaniya Super Kubokunda cavab oyunu keçirilib. Azerisport.az xəbər verir ki, həlledici oyunda son çempion “Real”la kubokun qalibi “Barcelona” qarşılaşıb.
Bir həftə öncə Kataloniyada keçirilən görüşdə meydan sahibləri qalib gəlmişdilər. Madriddəki görüşdə isə “Real” qələbə qazanıb. Ümumi nəticədə hesab bərabər olsa da, səfərdə daha çox qol vurması Madrid klubunun işinə yarayıb.
Beləcə, “Real” İspaniya Super Kubokunun qalibi adını qazanıb. Bu, madridlilərin 9-cu belə uğurudu. Bu dəfə məğlub olan “Barcelona” isə sözügedən titulu hamıdan çox qazanan klubdu – 10 dəfə.
İspaniya Super Kuboku (cavab oyunu)
29 avqust
Real – Barcelona – 2:1 (ilk oyun 2:3)
Qollar: İquayn, 11, Ronaldo, 19 – Messi, 45.
