30 avqust 2012 15:34
İsrailin Azərbaycanla oyun üçün hazırlıq planları açıqlandı
Futbol üzrə İsrail yığmasının DÇ-2014-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəyi oyunun hazırlıq planı məlum olub. Azerisport.az xəbər verir ki, millimizin rəqibi sentyabrın 3-də bir araya gələcək.
İsrail yığması iki günlük hazırlıqdan sonra sentyabrın 5-də Bakıya səfərə çıxacaq. Bir gün sonra – sentyabrın 6-da isə komanda oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqə çıxacaq. Hansı ki, həmin hazırlıq prosesinin mətbuata açıq olması nəzərdə tutulub. Eyni zamanda komandanın baş məşqçisinin mətbuat konfransı da planlaşdırılır.
