30 avqust 2012 16:25
Böyükağa Hacıyev: Kiprli fanatların davranışı Neftçiyə təsir edə bilməz
Xəbər verdiyimiz kimi, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün APOEL-in qonağı olacaq “Neftçi” bir qrup kiprli fanat tərəfindən psixoloji təzyiqə məruz qalıb. Amma “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində bəyan edib ki, yerli fanatların bu hərəkətləri onlara qətiyyən təsir göstərmir:
“Yerli azarkeşlərin davranışı komandamıza təsir edə bilməz. Biz heç nədən qorxmuruq. Öz oyunumuzu göstərməyə hazırıq”.
“Yerli azarkeşlərin davranışı komandamıza təsir edə bilməz. Biz heç nədən qorxmuruq. Öz oyunumuzu göstərməyə hazırıq”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə bu gün Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
