30 avqust 2012 16:47
Cavid Hüseynova millət vəkilindən dəstək (FOTO)
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının Adanadan olan millət vəkili Ali Demirçalı “Adana Demirspor”u ziyarət edib. Azerisport.az xəbər verir ki, o, bu komandaya yeni mövsümdə uğurlar arzulayıb.
Komandanın məşqini izləyən millət vəkili baş məşqçi Osman Özdemir ilə söhbətləşib və onu yeni postunda uğur arzulayıb. Məşqdən sonra isə o, futbolçularla birgə yemək yeyib. Klub rəhbərliyi isə onu bazar günü oynanılacaq “Çaykur Rizespor”la ev oyununa dəvət edib.
Qeyd edək ki, “Adana Demirspor”da Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid Hüseynov da çıxış edir.
