30 avqust 2012 17:14

“Fasilədən sonra mən də qol vurmağa başlayacağam”

“Qəbələ”nin hücumçusu Yannik Kamanan azerisport.az saytının bəzi suallarını cavablandırıb.
 
- Dörd tur geridə qalsa da, hələ hesabınızda qol yoxdu. Buna səbəb nədi?
- Bu, elə də qorxulu deyil. Hələ mövsümün əvvəlidi. Şübhəsiz ki, mən də qol vuracağam. Əsas odu ki, komandam qalib gəlsin.

- Son turun “Sumqayıt”la oyununda bu, sizdə alındı...
- “Neftçi”yə böyük hesabla uduzandan sonra bizə belə bir qələbə çox lazım idi. Komandada özünəinamı qaytarmaq böyük əhəmiyyət kəsb edirdi. Bu oyunda bizdə demək olar ki, hər şey alındı. Komanda özünü yaxşı tərəfdən göstərə bildi.
 
- Amma etiraf etmək lazımdı ki, elə də güclü rəqibə qarşı oynamırdız...
- Bu komanda mənə zəif görünmürdü. Digər tərəfsən rəqibin hansı səviyyədə olmasının bizim üçün nə fərqi var ki? Əsas odu ki, öz oyunumuz alınsın.
 
- Hesab etmirsiz ki, “Qəbələ” hələ ötən mövsüm sərgilədiyi baxımlı futbolu göstərə bilmir?
- Hələ mövsüm yenicə başlayıb. İndidən həm baxımlı oyun, həm də nəticə gözləmək düz olmazdı. “Qəbələ” bundan sonra ötən mövsümdəkindən də yaxşı oynayacaq. “Neftçi”yə məğlubiyyətə gəlincə, belə yenilgiləri tez unutmaq olmur. Amma bu, bəlkə də bizim üçün yaxşı oldu. Çünki darmadağın komandamıza dərs olmalıdı.
 
- 12 mümkün xaldan yeddisini toplamaq yaxşı nəticədi?
- Fikrimcə, pis də deyil. Digər klubların da itirdiklərinə baxın. Bütün favoritlər startda xal itirdilər. Bu, mövsümün sonuna kimi belə olacaq. Premyer Liqada iddialı klublar çoxdu. Xal itirməmək mümkün deyil.
 
- Hazırda yaranan fasilə komandanız üçün nə dərəcədə faydalı ola bilər?
- Hər halda fasilə bizə mane olmayacaq. Komandada xeyli yeni futbolçu var. Onların yğunlaşmasına isə zaman lazımdı. Bu fasilədən sonra mən də qol vurmağa başlayacağam.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.