30 avqust 2012 16:56
Yığmamızın İsraillə oyununa bilet satışı davam edir
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsrail oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, biletləri stadionun kassalarından, həmçinin Park Bulvar Alış-Veriş Mərkəzi və Metro Park Ticarət və Əyləncə Mərkəzində fəaliyyət göstərən satış məntəqələrindən almaq mümkündü.
