30 avqust 2012 17:36
Neftçinin APOEL-lə oyununda təhlükəsizliyi 1000 polis qoruyacaq
“Neftçi”nin UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəyi cavab oyununda təhlükəsizliyi minə yaxın polis və stüard qoruyacaq. Azerisport.az xəbər verir ki, onlar 22 500 azarkeşin izləyəcəyi qarşılaşmanın iğtişaşsız başa vurmasına çalışacaqlar.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə bu gün Nikosiyada, “GSP Arena”da oynanılacaq və saat 22:00-da başlayacaq.
