30 avqust 2012 17:53
Neftçi və APOEL fanatları arasında gərginlik davam edir
“Neftçi”nin UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəyi cavab oyunu öncəsi iki komandanın azarkeşləri arasında gərginlik yaşanmaqda davam edir. Azerisport.az xəbər verir ki, onlar arasındakı gərginliyi artıran əsas qüvvələrdən biri də yerli mətbuatdı.
Onlar yerli fanatları “Dalğa Arena”da keçirilən ilk oyun zamanı azərbaycanlı azarkeşlərin etdiklərinə cavab verməyə çağırırlar. Hansı ki, “Neftçi” tərəfdarları həmin oyun zamanı stadiona Türkiyə və Şimali Kipr bayraqları ilə gəlmişdilər.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə bu gün Nikosiyada, “GSP Arena”da oynanılacaq və saat 22:00-da başlayacaq.
