30 avqust 2012 18:56
Yığmamızın futbolçusuna kabab qonaqlığı (FOTOLAR)
Türkiyənin “Adana Demirspor” klubu PTT 1-ci liqanın 2-ci turunun oyununa hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bazar günü “5 Ocak” stadionunda “Çaykur Rizespor”la qarşılaşacaq.
Bu arada klubun prezidenti Önder Serin və idarə heyətinin iştirakı ilə klubun bazasında yeni mövsümün startı və doğma meydanda keçiriləcək ilk oyunla əlaqədar qurban kəsilib, dualar oxunub. Bundan sonra məşqə çıxan komandanın yeni çalışdırıcısı Osman Özdemir qarşıdakı oyunun əhəmiyyətindən danışıb. O, bu oyuna ciddi hazırlaşmaq lazım olduğunu bildirib və yetirmələrini məşqə çıxarıb. Məşqdən sonra klub prezidenti başda olmaqla bütün komanda üzvlərinə kabab qonaqlığı verilib.
Maraq üçün qeyd edək ki, “Adana Demirspor”da futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov da çıxış edir.
