30 avqust 2012 19:02
Neftçi APOEL-lə oyunda qalib gələcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, “Neftçi”nin APOEL ilə cavab oyunu necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Beləliklə, fanatların böyük əksəriyyəti məhz “Neftçi”nin qələbə qazanacağına əmindi. Respondenlərin 50 faizi (516 səs) belə düşünür.
Sorğuya qatılanların 14 faizi (147 səs) qarşılaşmanın heç-heçə bitəcəyini proqnozlaşdırır. Qalan 36 faiz (373 səs) isə APOEL-in qalib gələcəyini düşünür.
